www.applmath.az

Home az | ru | en

Bakı Dövlət Universitetnin “SABAH Magistratura” proqramında təhsil alan I kurs magistrantları Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində təlim səfərində olublar.

04/05/2022

29 aprel 2022-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU)  “SABAH Magistratura” proqramı çərçivəsində  “Kompüter elmləri və texnologiyaları” (SABAH) ixtisaslaşması üzrə təhsil alan  bir qrup magistrantlar Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində (TSİİ) təlim səfərində olublar.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə həyata keçirilən təlim səfərində ilk olaraq TSİİ-nin əməkdaşları tərəfindən idarənin struktur və bölmələrinin fəaliyyətləri, iş prinsipləri haqqında tələbələrə məlumat verilib.

Görüşün davamında tələbələr TSİİ-nin Data mərkəzi ilə tanış olublar. İnformasiyanın təhslükəsizliyinin təmin olunmasının əhəmiyyəti xüsusi vurğulanaraq Data mərkəzin imkanları haqqında geniş məlumat verilib.

Görüş çərçivəsində TSİİ-nin əməkdaşları tərəfindən magistrantlara layihələrin idarə olunması, elektron xidmətlərin həyata keçirilməsi prosesində hüquqi normaların vacibliyi, həmçinin Azərbaycan təhsil şəbəkəsi haqqında təqdimatlar keçirilib.

Görüşün sonunda magistrantların sualları cavablandırlıb və xatirə şəkilləri  çəkilib.

Bookmark and Share