www.applmath.az

Home az | ru | en

BDU Həmkarlar Komitəsinin Yeni il tədbiri

30/12/2015

Bakı Dövlət Universitetinin Həmkarlar Komitəsinin təşkilatçılığı ilə universitetdə Yeni il bayramı keçirilib. Böyük akt zalında keçirilən tədbiri giriş sözü ilə açan BDU Həmkarlar Təşkilatının rəhbəri, dosent Fikrət Şiriyev valideynləri və uşaqları Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edib, hamıya xoşbəxtlik və uğurlar arzulayıb. Rektor akademik Abel Məhərrəmovun salamlarlını çatdıran HİK sədri bir neçə il ardıcıl keçirilən bu tədbirin artıq ənənəyə çevrildiyini və böyük marağa səbəb olduğunu vurğulayıb. Sonra uşaqların sevimlisi Şaxta baba və Qar qız səhnəyə çıxaraq balacaları şənləndirib, oyunlar, müsabiqələr keçirib, uşaqlara hədiyyələr paylayıb, qalibləri mükafatlandırıblar. Tədbirin sonunda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyorlarının ifasında “Tülkü və durna” tamaşası göstərilib.
Qeyd edək ki, BDU əməkdaşlarının övladları üçün beşinci ildir ki təşkil olunan bu tədbir gün ərzində 3 dəfə keçirilir, uşaqlara 2500 ədəd pulsuz hədiyyə paylanır.

Bookmark and Share