www.applmath.az

Home az | ru | en

BDU kollektivi Mir Cəlal Paşayevin xatirəsini anıb

26/04/2019

Görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında xüsusi xidmətlər göstərmiş Mir Cəlal Paşayevin doğum günü münasibətilə Bakı Dövlət Universitetinin kollektivi II Fəxri Xiyabanda onun xatirəsini anıblar.
Rektor Elçin Babayev görkəmli yazıçının əsərlərinin bir neçə nəslin tərbiyəsində, maariflənməsində və Azərbaycanın fikir tarixində mühüm rol oynadığını bildirib. Mir Cəlalın “Mənim ən böyük sərvətim mənim ailəmdir” fikrini xatırladan rektor bu ailənin təhsildə və elmdə iki zirvəli dağ yaratdığını qeyd edib.
Mir Cəlalın yetirməsi, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, Təhsin Mütəllimovədibin zəhmətkeşliyindən müəllimlik fədakarlığından, tələbələrinə böyük inamı və dəstəyindən danışıb.
Xalq Şairi Nəriman Həsənzadə Mir Cəlal haqqında yazdığı yeni şeiri səsləndirib.

Bookmark and Share