www.applmath.az

Home az | ru | en

BDU əməkdaşı Koreyada təlimdə iştirak edib

05/11/2018

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşı Sevinc Vəliyeva Koreya Respublikasının Seul şəhərində ezamiyyətdə olub. O, Koreyanın Milli İnformasiya Agentliyi şirkətinin təşkilatçılığı ilə menecerlər və müəllimlər  üçün  keçirilən təlimdə iştirak edib.

Təlim İKT-nin müxtəlif istiqamətlərdə fəaliyyət və siyasətini başa düşmək, İKT avadanlığının idarə edilməsi və istismarı, proqramlaşdırma, tədris metodu sahəsində bilikləri mənimsəmək və bu sahədə Koreya ilə gələcək əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb. Təlimdə Azərbaycanla yanaşı beş ölkənin Koreya Mərkəzlərinin nümayəndələri iştirak ediblər.

İki həftəlik proqram çərçivəsində iştirakçılar tərəfindən təmsil etdikləri Koreya Mərkəzlərinin fəaliyyətləri barədə məlumat verilib, müvafiq mövzularla bağlı mühazirələr dinlənilib və yeni öyrənilən müxtəlif proqramlaşdırmalara aid  kurikulum hazırlığına dair prezentasiyalar təqdim edilib.

Bookmark and Share