www.applmath.az

Home az | ru | en

BDU əməkdaşlari beynəlxalq konfransda

01/06/2018

Fakültənin əməkdaşları – “İnformatika” kafedrasının müdiri, prof. Kamil Ayda-zadə, “İqtisadi kibernetika” kafedrasının müdiri, dos. Fərhad Mirzəyev, “Tətbiqi analizin riyazi üsulları” kafedrasının professoru Nihan Əliyev, “Riyazi fizika tənlikləri” kafedrasının dosenti Zakir Xankişiyev, “Tətbiqi analizin riyazi üsulları” kafedrasının baş müəllimi Hİkmət Tağıyev və Mexanika riyaziyyat fakültəsinin professoru Hamlet Quliyev rektorun 15.05.2018-ci il 2/241 saylı əmri ilə 27.05.2018 – 26.05.2018-ci il tarixlərində Kabardin Balkar Respublikasında – Nalçik şəhərində ezamiyyədə olmuşlar. Onlar bu müddətdə KBMM-nin Tətbiqi riyaziyyat və avtomatlaşdırma İnstitutunun Elbrusda – Terskolda təşkil etdiyi “Tətbiqi riyaziyyatın aktual problemləri” adlı IV Beynəlxalq Elmi Konfransda iştirak etmişlər. Kamil Ayda-zadə və Nihan Əliyev plenar iclaslarda, Fərhad Mirzəyev, Zakir Xankişiyev, Hikmət Tağıyev bölmə iclaslarında məruzə ilə çıxış etmişlər, tədbirdə iştirak müxtəlif ölkələrin aparıcı riyaziyyatçıları ilə diskussiyaları aparmış, bəşəri riyaziyyatın problemlərini həll etmək yolunda maraqlı hipotezlərlə danışıqlar aparmışlar.

Bookmark and Share