www.applmath.az

Home az | ru | en

BDU əməkdaşlarının övladları üçün Yeni il şənliyi keçirilib

30/12/2014

Bu gün Bakı Dövlət Universiteti Həmkarlar Komitəsinin təşkilatçılığı ilə universitetin Böyük akt zalında Yeni il şənliyi (4 seans) keçirilib. Tədbiri giriş sözü ilə açan BDU Həmkarlar Komitəsinin sədri, dosent Fikrət Şiriyev artıq ənənə halınl almış şənliyin əhəmiyyətindən danışıb. O, bildiribki universitetin işçilərinin övladları üçün təşkil edilən bu şənlik əməkdaşlar tərəfindən böyük maraqla qarşılanır. Uşaqlar üçün geniş  şou proqram, attraksionlar, viktorinalar və digər maraqlı səhnəciklərlə keçirilən bayramda ötən illərdə olduğu kimi bu il də Abdulla Şaiq adına Dövlət Kukla Teatrı balalar üçün maraqlı “Cırtdan” tamaşasını göstəriblər. Ölkənin tanınmış incəsənət xadimləri Şaxta baba, Qar qız rolunda uşaqları əyləndirib, balalara keyfiyyətli və dəyərli şirniyyatlardan və oyuncaqlardan ibarət hədiyyələr paylayıblar. Həmkarlar Komitəsi hər il olduğu kimi, bu il də yalnız BDU əməkdaşlarının övladları üçün, həm də  bütün tədbiri daxili imkanlar hesabına pulsuz keçirib.

Bookmark and Share