www.applmath.az

Home az | ru | en

BDU “Ən yaxşı ideya və strategiyaya malik Koreya mərkəzi” nominasiyasının qalibi olub

13/11/2017

Koreya Respublikasının Seul şəhərində universitetlərdə Koreya mərkəzlərinin fəaliyyətləri ilə bağlı II Ümumi konfrans keçirilib. Koreyanın Təhsil, elm və texnologiya nazirliyi və Milli İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan konfransda 38 ölkənin Koreya mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Bakı Dövlət Universitetini Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşı, mühəndis-proqramçı Sevinc Vəliyeva təmsil edib. Onun “BDU Koreya Mərkəzinin gələcək strategiyası və planı” mövzusunda məruzəsi maraqla dinlənilib və konfransın toplusunda dərc edilməsi nəzərdə tutulub.
Daha sonra müxtəlif nominasiyalar üzrə nəticələr açıqlanıb və Bakı Dövlət Universitetinin Koreya Mərkəzi “Ən yaxşı ideya və strategiyaya malik Koreya Mərkəzi” adlı nominasiyanın qalibi olub.
Qeyd edək ki, konfransda universitetin informasiya idarəetmə sistemi, mərkəzin ümumi məlumatlarının qeydiyyata alınması, rəsmi tədbirlərin paylaşılması və idarə edilməsi, məzmunların yüklənməsi və dəyişdirilməsi, əlillər üçün yardımçı qurğu və onun işlədilməsi, cihazların nümayişi və s. mövzularda təqdimatlar olub.

 

Bookmark and Share