www.applmath.az

Home az | ru | en

BDU rektoru Abel Məhərrəmov YAP Gənclər Birliyinin üzvləri ilə görüşüb

10/05/2016

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası İdarə Heyəti və Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun YAP Gənclər Birliyinin üzvləri ilə görüşü keçirilib.

Mərasimi giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov açıb.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün illərdə ölkədə  apardığı  uğurlu islahatlardan, milli kadrların yetişdirilməsi işinə xüsusi qayğı ilə yanaşması və bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkməsindən, gənclərin xaricdə təhsil almaları istiqamətində verdiyi qərarlardan, bununla da intellektual səviyyənin, elmi potensialın daha da güclənməsindən bəhs edərək deyib ki, “xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, liderin ideyalari inamla davam etdirilir və əbədiyaşar olur”.

BDU rektoru vurğulayıb ki, müstəqillik illərində ulu öndər elm və təhsil sistemində baş verən boşluqları, deformasiyaları aradan qaldırmaq üçün böyük qüvvə sərf edib: "O zaman ölkənin ciddi problemlər içərisində olmasına baxmayaraq, ulu öndər Heydər Əliyev özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan çətin problemlərin həlli üçün qətiyyətlə mübarizə aparıb, bu vəziyyətdən çıxmaq üçün strategiyanı müəyyənləşdirib. Bu gün ölkədə şərti adı Heydər Əliyev universiteti olan bir məbəd mövcuddur və onun qayğısı ilə o vaxtkı SSRİ-nin qabaqcıl  universitetlərində yüksək təhsil alan minlərlə insan da, onun böyük həyat yolundan öyrənən milyonlar da həmin universitetin məzunlarıdır. Mən güman edirəm ki, biz hələ uzun illər bu böyük məktəbdən öyrənməli, o universitetin öyrətdiyi bilikləri xalqımızın rifahına həsr etməliyik. Bu gün bizim uğurlarımız çox böyükdür. Böyük sevgi və ehtiramla ümummilli liderin 93-cü doğum gününü qeyd edirik və fəxarət hissi ilə bildiririk ki, doğrudan da ulu öndərin əsasını qoyduğu islahatlar bu gün öz bəhrəsini verir".

Akademik Abel Məhərrəmov qeyd edib ki, bu gün prezident İlham Əliyevin ulu öndərin əsasını qoyduğu mütərəqqi ənənələri keyfiyyətcə  yeni mərhələdə davam etdirməsi bu siyasətin uğurlu nəticəsidir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov diqqətə çatdırıb ki, Azərbaycanda elə bir sahə təsəvvür etmək mümkün deyil ki, orada ulu öndərin imzası, xidmətləri olmasın. Ulu öndərin, eyni zamanda, Azərbaycan gəncliyinin inkişafında misilsiz xidmətləri olub. Müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyində milli ideologiya yox idi.

Sonda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov YAP Gənclər Birliyinin üzvlərinin çoxsaylı suallarını cavablandırıb və görüş müzakirə şəklində davam edib.

Bookmark and Share