www.applmath.az

Home az | ru | en

BDU rektoru Moskva Dövlət Universitetində

14/04/2016

Aprelin 12-də Rusiya Federasiyasının paytaxtında - M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avropa və Asiyanın 11 ölkəsini əhatə edən Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, dövlət rəsmiləri və Assosiasiyaya üzv universitetlərin rektorları iştirak edib.

İclasda Azərbaycanı Bakı Dövlət Universitetinin rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib. Şuranın iclasını Assosiasiyanın  prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi açıb. O, AUA-na üzv universitetlər arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkə universitetləri ilə münasibətlərin inkişaf etdirilməsindən danışıb.

Plenar iclasda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Assosiasiyanın ilk üzvlərindən olan Bakı Dövlət Universiteti tərəfindən əməkdaşlığın yeni formalarının yaradılması, qorunması və möhkəmləndirilməsi istiqamətində cari dövrdə görülən işlərdən söz açıb. Bu fəaliyyətlər çərçivəsində Yesentuki şəhərində Bakı Dövlət Universitetinin ilk rektoru Vasiliy Razumovskinin barelyefinin açılması, Bakı Dövlət və Moskva Dövlət universitetlərinin laboratoriyalarında yerinə yetirilmiş elmi-tədqiqat işlərinin uğurlu nəticələri, Dubnadakı Nüvə Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq, ortaq layıhə və proqramlar, digər məsələlərdən danışıb.

Şuranın iclasında Avrasiya Universitetlər Assosiasiyası XIII Qurultayının qərarına əsasən AUA-nın fəaliyyətinin perspektiv məsələləri, eyni zamanda universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin dərinləşməsi istiqamətində müzakirələr  aparılıb.  Şuranın qərarlarından biri də Avrasiya Şəbəkə Universitetinin yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanması olub. İclasda, həmçinin Assosiasiyaya uzv universitetlərin rəqabətliliyinin, nüfuzunun artırılması, dünyada tanıdılması məqsədilə reytinqini müəyyən etmək  üçün işçi qrupunun yaradılması qərara alınıb.

Qeyd edək ki, rektor Abel Məhərrəmov iclas çərçivəsində “Lomonosov” Beynəlxalq Gənclər Forumunun açılışında iştirak edib.

Bookmark and Share