www.applmath.az

Home az | ru | en

BDU tələbələri pulsuz ingilis dilini öyrənə biləcəklər

22/10/2014

Bakı Dövlət Universitetində Tələbə həmkarlar ittifaqı komitəsinin (BDU THİK) təşkilatçılığı ilə pulsuz ingilis dili conversationları keçiriləcək.
BDU THİK-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşid Mustafazadənin saytımıza verdiyi məlumata görə, ingilis dili conversationları hər həftənin şənbə günü peşəkar müəllimlər tərəfindən aparılacaq. Bakı Dövlət Universiteti tələbələri üçün nəzərdə tutulan bu layihənin məqsədi ingilis dilini təkmilləşdirmək istəyən, lakin müəyyən səbəblərdən bunu edə bilməyən tələbələrə universitet divarlarını tərk etmədən imkan yaratmaq və dəstək olmaqdır", - deyə departamentdən bildirilib. Conversationlara qatılmaq istəyən BDU tələbələrinin THİK-ə müraciət etmələri yetərlidir. Bunun üçün tələbələr[email protected] elektron poçtu və ya 012 539 05 43 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.Qeyd olunur ki, gələcəkdə rus və digər dillər üzrə conversation və dərslərin keçirilməsi planlaşdırılır.

Mətbuat və İnformasiya şöbəsi, 22 oktyabr 2014-cü il.

 

Bookmark and Share