www.applmath.az

Home az | ru | en

BDU-da “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilmişdir

20/05/2021

18 may 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilmişdir.

Konfrans iştirakçılarını salamlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev bildirdi ki, fakültəmiz 1972-ci ildə müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli lider Heydər Əliyevin göstərişi və şəxsi himayəsi ilə yaradılmışdır. Mexanika riyaziyyat fakültəsinin Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri və Nəzəri mexanika kafedraları və iki qrup tələbəsinin bazası əsasında yaradılmışdır. Hal-hazırda Tətbiqi riyaziyyat və kibernetika fakültəsi inkişaf edərək Bakı Dövlət Universitetinin qabaqcıl fakültələrindən birinə çevrilmişdir. Kompüter elmlərinin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artıraraq təbiət və cəmiyyətin müxtəlif sahələrində yeni riyazi üsulların yaranmasına imkan yaradıb. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsi fəaliyyət göstərdiyi müddətdə yüksəkixtisaslı kadrlar yetişdirərək respublikada kompüter elmlərinin inkişafına və elmi-pedaqoji kadrların hazırlanmasına önəmli tövhələr verib. Virtual konfransı açıq elan edən akademik Məhəmməd Mehdiyev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.

Konfransın Təşkilat Kommitəsinə azərbaycan və rus dillərində olmaqla ümumilikdə 138 elmi iş daxıl edilmişdir. Konfransda Bakı Dövlət Universitetinin magistr, doktorant və gənc tədqiqatçılarla bərabər AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Naxşıvan Dövlət Universitetinin və Lənkəran Dövlət Universitetinin tədqiqatçıları da iştirak etmişdir.

Konfransın plenar iclası başa çatdıqdan sonra konfrans öz işini saat 14.00-da bölmə içlaslarında davam etdirmişdir. Qarşılıqlı diskussiya şəraitində davam edən konfrans sualların cavablandırılması ilə yekunlaşıb.

BDU-Elmi Konfrans 2021

Bookmark and Share