www.applmath.az

Home az | ru | en

BDU-da “Elm günləri”nə start verilib

15/03/2022

“Elm günü” ilə bağlı tədbirlər planına əsasən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi analizin riyazi üsulları kafedrasında “Ustad dərsi” təşkil olunmuşdur. 14.03.2022-ci il tarixində saat 10:15-də kafedranın professoru Nihan Əliyev əyani formada ustad dərsi aparmışdır. O, Diskret additiv, multiplikativ və poverativ törəmə anlayişlari mövzusunda məruzə etmişdir. Məruzə bitdikdən sonra professor N.Əliyevə mövzu ətrafında müxtəlif suallar verildi.

Xülasə: Diskret additiv törəmə yalnız fərq vasitəsi ilə verildiyindən o cür məsələlər çox yaxşı araşdırılmışdır. Baxmayaraq ki, multiplikativ törəmə və inteqral kəsilməz halda 50 il əvvəl verilmişdir, əfsuslar olsun ki, belə tənliklər üçün məsələlərə axır vaxtlar baxılmağa başlanılmışdır. Kəsilməz halda poverativ törəmə və inteqralları vermək üçün yeni tərs və düz əməllər lazım olduğu halda diskret poverativ törəmə və diskret poverativ inteqralı vermək üçün yeni əməl lazım olmadığından bu əməllər elmə daxil edilmişdir. Diskret multiplikativ törəmə və diskret poverativ törəmə gətirməklə çox mürəkkəb qeyri-xətti tənliklərlə məsələlərin həlli, diskret multiplikativ inteqral və diskret poverativ inteqralların vasitəsi ilə bu həllər üçün analitik ifadələr alınmasına nail olunmuşdur. Bu da baxılan mövzunun aktuallığından xəbər verir.

Bookmark and Share