www.applmath.az

Home az | ru | en

BDU-da Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

03/02/2020

Bakı Dövlət Universitetində (BDU) “2 fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq gəncləri “Gənclər Günü” münasibətilə təbrik edib. Ulu Öndər Heydər Əliyevin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarixin “Azərbaycan Gəncləri Günü” kimi qeyd edilməsini dövlətimizin apardığı gənclər siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Azərbaycanın bütün sahələrdə inkişafı, aparılan uğurlu gənclər siyasətindən bəhs edən rektor 100 illik yubileyini qeyd edən Bakı Dövlət Universitetinin ölkənin kadr ehtiyatını təmin etməkdə mühüm rol oynadığını bildirib.
Sonra Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Kitabxanaçılıq və informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarov və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin I kurs tələbəsi Kənan Seyfullazadənin çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi, gənclərin könüllü fəaliyyətinə cəlb olunması, dövlətimizin ümumilikdə gənclərin inkişafına xüsusi diqqəti və gənclər siyasətinin prioritet olaraq müəyyən olunması qeyd olunub. Sonda çıxışcılar gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün gəncləri təbrik ediblər.
Tədbir konsert proqramı ilə başa çatıb.

Bookmark and Share