www.applmath.az

Home az | ru | en

BDU-da “İLİN ƏN YAXŞI TƏLƏBƏ”ləri mükafatlandırılıb

28/12/2011

27 dekabr 2011-ci il tarixdə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizam, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrin müəyyən edilməsi məqsədi ilə “İlin ən yaxşı tələbəsi” adlı seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini keçirib. Mərasimi giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu səpkili musabiqələrin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Sonra akademik A.Məhərrəmov “İlin ən yaxşı tələbəsi” adını qazanmış tələbələri təbrik edib, onları bu fəxri ada daim sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyə səsləyib.Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov və Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov da çıxış edib. Onlar 2011-cu ildə həyata keçirilən tədbirlər barədə məlumat verərək, gələсəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında məlumat veriblər. Sonda müsabiqədə qalib olmuş tələbələrə diplomlar təqdim edilib. Tədbir bədii hissə ilə yekunlaşıb.

Bookmark and Share