www.applmath.az

Home az | ru | en

BDU-da Məzun günü

30/06/2017

Bu gün Bakı Dövlət Universitetində Məzun günü keçirilib. Tədbirdə əvvəlcə beynəlxalq tələbə himni - “Qaudames” səsləndirilib və məzunlar “Universitetim” şeirini oxuyublar.
Sonra universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzuna diplomlar təqdim edilib, rektorun onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda, tələbə andı oxunub.

Məzunlar doğma universitetin adını daim uca tutacaqlarını söyləyib, keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonda rektor və tələbələr üzərinə “Məzun-2017” yazılmış şarı havaya buraxıblar. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

Bookmark and Share