www.applmath.az

Home az | ru | en

BDU-da onlayn yaz imtahan sessiyası başa çatıb

10/07/2020

Bakı Dövlət Universitetində (BDU) iyunun 8-dən etibarən başlayan yaz semestrinin onlayn imtahan sessiyası pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması nəticəsində bu gün uğurla başa çatıb.

İyulun 10-da bakalavriat pilləsində təhsil alan 180 qrup üzrə  4011 (262 nəfəri SABAH qrupu olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində isə 37 ixtisaslaşmada 29 fənn üzrə 122 magistrant imtahan verib.

BDU-nun Qazax flialında isə 30 qrup üzrə 483 tələbə imtahanlarda iştirak edib.

Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik tam şəkildə təmin edilməsi məqsədilə bütün imtahan prosesi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib.

Lazımi texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib, imtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

Bookmark and Share