www.applmath.az

Home az | ru | en

BDU-da “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub

17/02/2020

Bakı Dövlət Universitetində “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin nümayişi keçirilib. Nümayiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin keçirdiyi silisilə tədbirlər əsasında, ilk olaraq Bakı Dövlət Universitetində baş tutub.
“Qarabağ: Əcdadlarımızın mirası” adlı sənədli filmi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb. “Qarabağ: Əcdadlarımızın mirası” Azərbaycanda Qarabağın bütün tarixi dövrlərini və müasir işğal dövrünü orijinal çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanan ilk sənədli filmdir.

Bookmark and Share