www.applmath.az

Home az | ru | en

BDU-da “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub

11/05/2017

Bakı Dövlət UniversitetindəXocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində “Sonsuz dəhliz” sənədli filmi nümayiş olunub.

Tədbiri Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorun köməkçisiRəşad Hüseynov açaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən “Sonsuz dəhliz” filmi haqqında qısa məlumat verib.

Heydər Əliyev Fondunun əməkdaşı Cavid Məmmədzadə isə bildirib ki, filmdəErmənistan silahlı qüvvələrinin törətdikləri Xocalı soyqırımının şahidləri olan xarici jurnalistlərin faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir.

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılıb. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır.

Bookmark and Share