www.applmath.az

Home az | ru | en

BDU-da soyqırımı qurbanları anılıb, tələbələrin hazırladıqları \

28/03/2019

Bakı Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib.

BDU-nun rektoru Elçin Babayev mənfur qonşularımızın tarixin ayrı-ayrı vaxtlarında ən müxtəlif üsul və  yollarla azərbaycanlılara qarşı həyata keçirdikləri məqsədyönlü soyqırımı siyasətindən danışıb. Rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından, son 20 ildə ölkəmizin informasiya cəbhəsində öz sözünü inamla, sübut və faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə  çatdırmasından bəhs edib.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini bildirib. O, XX əsrdə bolşevik-daşnak cinayətkarlarının planlı şəkildə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı haqqında ətraflı məlumat verib, onu bəşər tarixinin ən qəddar cinayətlərindən biri adlandırıb.

Biologiya fakültəsinin tələbəsi Vəfa Mürsəlzadə bu qanlı cinayətin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini diqqətə çatdırıb.

Tədbir BDU tələbələrinin soyqırımı gününə həsr etdikləri "Zəncirin son halqası" sürrealist üslubunda pantomima tamaşasının nümayişi ilə başa çatıb.

"Zəncirin son halqası" tamaşasının tam VİDEO versiyası

Tələbə Vəfa Mürsəlzadənin çıxışı - VİDEO

 

Bookmark and Share