www.applmath.az

Home az | ru | en

BDU-da Tomson Röyter informasiya agentliyinin seminarı keçirilib

28/11/2016

Bakı Dövlət Universiteti və Tomson Röyter informasiya agentliyinin Əqli Mülkiyyət üzrə Elm Departamenti tərəfindən “Web of Science və onunla əlaqədar alətlərlə iş” üzrə Sertifikatlaşdırma Proqramı çərçivəsində seminar keçirilib. 2 günlük seminar BDU-nun Elmi-Tədqiqat Hissəsi tərəfindən təşkil olunub. Aygün Babazadə (Azərbaycan), Darya Buxtoyarova (Rusiya), İrina Tixonkova (Ukrayna) və Ləzizə Mukaşeva (Qazaxstan) tərəfindən aparılan seminarda 27 nəfər BDU əməkdaşı iştirak edib.
Seminarın sonunda Tomson Röyter informasiya agentliyinin Əqli Mülkiyyət üzrə Elm Departamentinin Təhsil Proqramları üzrə direktoru Valentin Boqorov və BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə iştirakçılara sertifikatlar təqdim ediblər.

Bookmark and Share