www.applmath.az

Home az | ru | en

BDU-nun magistrantları yeni tədris ilinin təşkilindən danışır

26/09/2020

“BDU öz adına və tarixinə layiq, tələbələrinin ondan gözlədiyi təhsili verir”

“Dərslərimiz ənənəvi tədris planına uyğun keçirilir”

Yeni tədris ilinin ikinci həftəsi artıq başa çatıb. Bakı Dövlət Universitetində istər bakalavr, istərsə də magistratura pilləsində təhsil alan tələbələr onlayn dərslərdə fəal iştirak edirlər. Tədris prosesinin uğurlu təşkil edilməsi üçün Universitet rəhbərliyi və müvafiq struktur şöbələr tərəfindən tədbirlər görülüb, lazımi təlimlər keçirilib. Tələbə və müəllimlərin informasiya və kommunikasiya texnologiyalarından istifadəsi barədə yazılı və video formatda təlimatlar hazırlanıb, Universitetin veb səhifəsində, sosial şəbəkələrdə və Youtube kanalında yerləşdirib. “Microsoft Teams” platforması üzərindən keçirilən dərslərin təkrar baxılması üçün qeydiyyatı aparılır və tətbiqin imkanlarından maksimum istifadə edilir. Təqvim planı və sillabusların sistemə yerləşdirilməsi və qiymətləndirmə prosesi də onlayn qaydada həyata keçirilir.

Qısa müddətdə böyük marağa səbəb olan  məsafədən dərslər barədə tələbələrimizdən, onların valideynlərindən və ictimaiyyət nümayəndələrindən məmnunluq ifadə edən çoxsaylı raeksiyalar almışıq. Yeni tədris ili və yeni təhsil forması barədə BDU-nun magistratura pilləsində təhsil alan magistrantlarla söhbət etdik. Onların yeniliklərlə bağlı fikir və mülahizələrini təqdim edirik:

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs magistrantı Zeynəb İskəndərli: “Bakı Dövlət Universiteti elmin və təhsilin vahid müstəvidə fəaliyyətini və inkişafını həmişə təmin edən bir məkandır. Pandemiya dövrü universitetin bu fəaliyyət sisteminə əngəllər yaratsa da, distant tədris formatının tədbirlər planı hazırlanmaqla BDU-nun zamanın yaratdığı bu sınaqdan da üzüağ çıxacağına inanıram. Yeni tədris ilinin onlayn başlaması belə bütün tələbələr kimi məni də sevindirir. Bizim dərslər həftədə 3 dəfə ənənəvi dərs cədvəlinə və proqramına uyğun olaraq keçirilir. “Virtual auditoriya”da təşkil olunan interaktiv dərs zamanı real rejimdə görüntülü, çoxtərəfli, yazılı və şifahi müzakirələrin aparılması mümkün olur. Hər iki metod üzrə həm kompüter, həm də mobil tətbiqlərin mövcudluğu onları bizim üçün əlçatan edir. Artıq təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Onlayn dərslər zamanı fənnin öyrədilməsi və öyrənilməsinin izlənilməsi də vacib şərtlərdən hesab edilir. Məsələ yalnız tələbələrin ondan düzgün və səmərəli istifadə etməsidir. Onlayn tədris təhsilin davamlılığını təmin edən ən optimal vasitədir.”

Bookmark and Share