www.applmath.az

Home az | ru | en

BDU-nun müəllimləri onlayn konfransda iştirak ediblər

21/11/2020

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə Azərbaycanı dünyada tanıdan Beynəlxalq Dialoq və İnkişaf Alyansı "BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğalçı siyasəti" mövzusunda onlayn konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetin (BDU) müəllimləri də iştirak ediblər.

Onlayn konfransda Azərbaycan Respublikası dövlət və hökümət orqanlarının, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri, Bakı Dövlət Universitetinin müəllimləri, QHT və KİV nümayəndələri iştirak ediblər.

Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxış edərək qonaqları salamlayıb və Ermənistanın işğalçı mövqeyinin BMT-nin Qlobal Sülh Çağırışlarına təhdid olduğunu bildirib.

Konfransda millət vəkilləri, mütəxəssislər Ermənistanın qəsbkar siyasətini pisləyərək Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin gələcək inkişafını müzakirə ediblər. Regionda və dünyada sülhün təmin olunması proseslərində Azərbaycanın rolunun böyük və əhəmiyyətli olduğunu vurğulayıblar.

Bookmark and Share