www.applmath.az

Home az | ru | en

BDU-nun Mətbuat katibi «2014-cü ilin ən yaxşı mətbuat xidməti» sorğusunun qalibi olub

16/02/2015

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Qafqazın ən böyük təhsil – facebook səhifəsi olan 129 minlik «Azərbaycan Universitetləri»nin keçirdiyi sorğunun qalibi olub.  «2014-cü ilin ən yaxşı mətbuat xidməti» sosial sorğusunda BDU sözçüsü səhifə üzvlərinin əksəriyyətinin səsini qazanaraq birinci olub. «Azərbaycan Universitetləri» səhifəsinin rəhbəri Zöhrab Süleyman qalib diplomunu P.İbrahimovaya təqdim edib.

BDU Mətbuat və informasiya şöbəsinin müdiri, öz növbəsində, Z.Suleymana və bütün səhifə üzvlərinə təşəkkür edib.

Təltif olunanlar arasında BANM və ADA-nın analoji struktur rəhbərləri də yer alır.

Bookmark and Share