www.applmath.az

Home az | ru | en

BDU-nun rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının tərkibinin formalaşdırılması məqsədi ilə Komissiya yaradılmışdır

01/02/2016

Artıq məlumat verildiyi kimi Bakı Dövlət Universitetinin Elmi Şurası tərəfindən BDU-nun rektorluğu yanında “İctimai nəzarət və Məsləhət Şurası”nın yaradılması haqqında qərar və onun Əsasnaməsi qəbul edilmişdir. Əsasnaməyə uyğun olaraq Şuranın tərkibinin formalaşdırılması məqsədi ilə rektorluğun 27 yanvar 2016-cı il tarixli iclasının qərarı əsasında təklif edilən namizədlərin hər biri ilə razılaşdırılmaqla aşağıdakı tərkibdə Komissiya yaradılmışdır:

-  Əjdər Ağayev - Azərbaycan Təhsil şurasının sədri, professor (sədr);

-  Rauf  Zeynu -  Milli QHT Forumunun prezidenti;

-  Əflatun Amaşov - Azərbaycan Mətbuat Şurasının sədri;

-  Vasim Məmmədəliyev - BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik;

- Mirzə Cəfərzadə - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini.

Komissiya 10 gün müddətində müzakirələr apararaq Şuranın tərkibini formalaşdırmaq üçün təkliflər verəcək. Xatırladırıq ki, Əsasnaməyə uyğun olaraq Komissiyanın qərarı əsasında şuranın tərkibinə icra hakimiyyəti orqanlarının, elmi dairələrin, kütləvi informasiya vasitələrinin, mülkiyyət formasından asılı olmayaraq ictimai birlik və cəmiyyətlərin, müəssisə, idarə və təşkilatların nümayəndələri, o cümlədən cəmiyyət qarşısında xidmətləri olan, BDU-nun inkişaf strategiyasına uyğun fəaliyyət sahələrində nüfuz və nailiyyətlər qazanmış  vətəndaşlar və təhsil mütəxəssisləri  daxil ediləcəklər.

Bookmark and Share