www.applmath.az

Home az | ru | en

BDU-nun SABAH qrup tələbəsi“Golden Byte 2017” beynəlxalq İT yarışmasının ölkə finalının qalibi olub

17/04/2017

STEP İT Academy ( İT sahesinde tehsil veren akademiya ) Azerbaijan-da, Azərbaycanın ilk dəfə iştirak etdiyi “Golden Byte 2017” beynəlxalq İT yarışmasının ölkə finalı keçirilib.

Yarışa Belarusiya, Qazaxıstan, Moldova, Ukrayna, Estoniya, Rusiya, Gürcüstan, Azərbaycan, Cexiya, Latviya, Bolqarıstandan iştirakçılar qatılıb.

Layihələr 8 fərqli nominasiyada təqdim olunub: Start Up Сhallenge, Web Project, Game Design, Character Design, Mobile Development, Internet of things və 10-17 yaş arası iştirakçılar üçün Junior Competition.

Təqdim olunmuş layihələrin əsas mövzusu isə “Invent. Create. Change” (“İcad et. Yarat. Dəyiş”) olub.

BDU-nun Kompüter elmləri ixtisasında təhsil alanIII kurs SABAH qrupunun tələbəsi Ağababa Bağırov Game Design nominasiysı üzrə qalib olub və aprel ayının 22-si və 23-ü Kiyev şəhərində keçiriləcək beynəlxalq finalda olkəmizi təmsil etmək hüququ qazanıb.Kompüter elmləri ixtisasında təhsil alan III kurs SABAH qrupunun digərtələbələri Elçin Ağazadə, Xəyal Yediyarov, Fərid Adaşovun təmsil etdikləri Zoom-X  komandası isə Internet Of Things nominasiyası üzrə 3 yerin  qalibi olub.

Bookmark and Share