www.applmath.az

Home az | ru | en

BDU-nun İsrailin Holon Texnologiya İnstitutu ilə ikili diplom proqramı uğurla davam edir

21/06/2022

Bakı Dövlət Universitetinin (BDU) İsrailin Holon Texnologiya İnstitutu ilə ikili diplom proqramı uğurla davam edir.

İsrailin Holon Texnologiya İnstitutu ilə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Kompüter elmləri ixtisası üzrə bakalavr pilləsində ikili diplom proqramının icrasına 2020/21-ci tədris ilinin yaz semestrindən başlanılıb.

Proqramın əsas məqsədi kompüter elmləri sahəsində effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını, texnologiyalarını real sənaye məsələlərinin həllində tətbiq etmək bacarığına malik mütəxəssislər hazırlamaqdır.

Hazırda ikili diplom proqramında 10 tələbə təhsil alır. Onlardan proqrama ilk qoşulan 5 tələbə yaxın zamanlarda təhsilini başa vuraraq ikili diplomunu alacaq.

Bookmark and Share