www.applmath.az

Home az | ru | en

BDU-nun tələbələri üçün Erasmus+ proqramı

02/10/2020

İspaniyanın Kadiz Universiteti Erasmus+KA 107 proqramı çərçivəsində təhsil alacaq BDU tələbələrinə çağırış edib. Bütün dünyada hökm sürən və ali təhsil müəssisələrinə də təsir göstərən pandemiya səbəbi ilə, İspaniyanın Kadiz Universiteti Erasmus+KA 107 proqramının 2018 və 2019-cu il layihələrində iştirak etməli olan tələbələrin dərslərini 2020-2021-ci tədis ilinin ikinci semestrinə keçirmək qərarına gəlib. Bildirilib ki, 2019-2020-ci tədris ili üçün nəzərdə tutulan qrantlar 2020-2021 tədris ili üçün paylanılacaq.

İspaniyanın Kadiz Universiteti tərəfindən 2020-2021-ci ilin ikinci semestri haqqında qərar təsdiqlənəcəyi zaman Erasmus + KA107 çağırışı üçün gələn BDU tələbələrinə məlumat veriləcək.

Daha ətraflı məlumat əldə etmək istəyən tələbələr [email protected] elektron ünvanı və yaxud   +994 12 5390557 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bookmark and Share