www.applmath.az

Home az | ru | en

Birləşmiş Krallığın məzunları BDU-da SABAH tələbələri ilə görüşüb

02/11/2015

Böyük Britaniya universitetlərinin azərbaycanlı məzunları ilə Bakı Dövlət Universitetinin SABAH qrupları tələbələrinin görüşü keçirilib. British Council, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) ilə əməkdaşlığının 10 illiyi münasibətilə keçirilən görüşdə British Council-un Proqramlar üzrə direktoru Nigar Baimova “Təhsil və karyera planlaması” mövzusunda məlumat verib. Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) icraçı heyətinin sədri Bahruz Babayev “Birləşmiş Krallıqda təhsil təcrübəsi və əldə edilən bilik və bacarıqlar bizə karyera həyatına necə köməklik edir” və Məhəmməd Quluzadə “Uğurlu karyeranın sirləri” mövzusunda çıxış edərək öz təcrübə və görüşlərini tələbələrlə bölüşüb. Tədbirdə Azərbaycan Respublikası SABAH qrupları üzrə İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev və Bakı Dövlət Universiteti SABAH mərkəzinin rəhbəri İradə Süleymanova da iştirak ediblər.

Bookmark and Share