www.applmath.az

Home az | ru | en

ELAN

29/06/2015

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

2015/2016-ci tədris ilində aşağidaki ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada yenidənhazırlanma təhsili almaq üçün qəbul

 

E L A N    E D İ R

  1. Coğrafiya müəllimliyi
  2. Turizm və otelçilik
  3. Ekologiya
  4. Kimya müəllimliyi
  5. Biologiya
  6. Biologiya müəllimliyi
  7. Fizika müəllimliyi
  8. Riyaziyyat müəllimliyi
  9. Kompyuter elmləri

10.  Informmatika müəllimliyi

11.  Tarix müəllimliyi

12.  Beynəlxalq münasibətlər

13.  Sosiologiya

14.  Jurnalistika

15.  Azərbaycan dili və ədəbiyyat müəllimliyi

16.  Dünya iqtisadiyyatı

17.  Psixologiya

18.  Fəlsəfə

19.  Sosial iş

 

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat,idarə və ayrı ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin  baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-       Rektorun adına ərizə;

-       Ali təhsil haqqında sənədin(diplomun) surəti və qiymət kitabçasından çıxarış (diploma əlavə - saatların miqdarı göstərilməklə);

-       əmək kitabçasının surəti;

-       3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;

-       Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.

Təhsil azərbaycan və rus dillərində aparılacaq

QEYD: Sənədlər 2015-ci ilin iyun ayının 17-dən (istirahət günlərindən başqa) sentyabr ayının 30-dək  saat 10:00-17:00-dək BDU-nun əsas binasında (otaq 4) qəbul edilir.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

Ünvan: Akademik Zahid Xəlilov küçəsi-23  AZ-1148

Telefon: (012) 510-70-34

REKTORLUQ

Bookmark and Share