www.applmath.az

Home az | ru | en

ELMİ SEMİNAR

20/10/2021

18 oktyabr 2021-ci il saat 13:00-da Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Tətbiqi analizin riyazi üsulları kafedrasında elmi seminar keçirilmişdir.  Seminarda kafedranın professoru N.Ə.Əliyev “Bagley-Torvik tənlikləri sinfinə analitik yanaşma” (Analytical approach to a class of Bagley-Torvik equations) mövzusunda məruzə etmişdir.

Annotasiya. Çoxhədli kəsr tərtib diferensial tənliklər modelləşdirmədə tətbiq edildikləri üçün tədqiq olunmuş və müxtəlif riyazi üsullardan istifadə edilərək həll olunmuşdur. Dəyişən matrisləri və iki müxtəlif kəsr tərtibi olan ümumiləşdirilmiş orta ölçülü Bagley-Torvik tənliklərinin bir neçə ailəsi üçün açıq analitik həllər təqdim edilmişdir. Nəticələr ikiqat sonsuz sıralı Mittag-Leffler tipli matris funksiyaları vasitəsi ilə əldə edilir. Sonda əsas nəticələrin səmərəliliyini yoxlamaq üçün fərqli nümunələr göstərilmişdir.

Bookmark and Share