www.applmath.az

Home az | ru | en

“ELM GÜNÜ VƏ GÜNÜN ELMİ: HUMANİTAR TƏDQİQATLAR VƏ SÜNİ İNTELLEKT” MÖVZUSUNDA TƏNTƏNƏLİ TƏDBİR KEÇİRİLİB.

28/03/2024

Həyatını elmə, təhsilə və xalqın gələcəyinə həsr edən insanlar fədakar, əzmkar, xeyirxah və xüsusi istedada malik şəxslərdir. Bütün bu müsbət xüsusiyyətlərə malik olan, əsl insani keyfiyyətləri özlərində birləşdirən, Azərbaycanın riyaziyyat elmini dünya sferasında tanıtdıran, fakultəmizin şöhrətli və dəyərli akademikləri, Məhəmməd Mehdiyev və Yusif Məmmədov “Elm günü”nə həsr olunmuş tədbirdə Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş medalla təltif olunublar.

Dəyərli akademiklərimiz, Sizi təbrik edirik və sağlam, bərəkətli, uğurlarla bol olan ömür arzulayırıq! Siz elm yolunda işıq saçan, riyaziyyat elminin inkişafında böyük əməyi olan dəyərli akademiklərimizsiniz. Azərbaycan elminə töhfə verdiyiniz kifayət qədər tələbələr yetişdirmisiniz. Sizə elm və ömür payınızda bol bol uğurlar və nailiyyətlər arzulayırıq! Daima səsiniz elmin uca zirvələrindən gəlsin, dəyərli müəllimlərimiz!

Bookmark and Share