www.applmath.az

Home az | ru | en

Elm, Mühəndislik və Texnologiyada Yeni İstiqamətlər üzrə Beynəlxalq kongresi virtual şəkildə aparıldı

11/07/2020

07-09 iyul 2020 tarixində Sant-Peterbuq (S.Peterburq Politexnik Universitetində) keçirilməsi nəzərdə tutulan IV İCONTRENS (Elm, Mühəndislik və Texnologiyada Yeni İstiqamətlər üzrə Beynəlxalq kongres) kongresi virtual şəkildə aparıldı. Əvvəlki kongreslər 2017- ci ildə Barselonoda, 2018-ci ildə Romada, 2019-cu ildə Praqada keçirilmişdir.

Türkiyə, Azərbaycan, İtaliya, Serbiya, Kosovo, ABŞ və s ölkələrdən olan tədqiqatçıların qatıldığı kongresin açılışında sədr Dr Christian Ruggiero və mən çıxış etdik. Bu çıxışlarda elmi araşdırmaların birləşdirilməsi, onların ətraf mühitin qorunması və pandemiyadan çıxış istiqamətlərində yoğunlaşdırılması zərurəti qeyd edilidi.

“Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” əməkdaşlarından iki məruzə dinlənildi:

  1. Rafael Hamidov, The Decomposition Sheme for One Dynamic Linear Programming Problem
  2. Qurban Qasımov, Etibar Rzayev, Mirvari Ağayeva  Definition One Optimal Dynamic System Using The mathematical package Maple

2- ci məruzədə “ Optimal dinamik sistemlərin  qurulması” və “Dinamik sistemlərin informatikası” nəzəriyyələrinin müasir sintezi, proqram paketlərində stoxastik sistemlərin araşdırılması haqqında məlumatlar verildi, atəşi idarəetmə sistemlərinin optimal qurulmasına aid “təsadüfi proseslər nəzəriyyəsi çərçivəsində, Maple paketinin köməyilə alınmış nəticələr nümayış etdirildi.

Bookmark and Share