www.applmath.az

Home az | ru | en

Elmi Şuranın iclası

19/02/2021

2021-ci il 19 fevral tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda bakalavr və magistratura pillələrində 2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri haqqında məlumat verilmişdir.
İclasa sədrlik edən akademik Məhəmməd Mehdiyev növbəti tədris semestrində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə görüləcək işləri müzakirə edilib. Elmi Şura üzvləri – akademik Yusif Məmmədov, professorlar Rafiq Tağıyev, Həmzağa Orucov, Ələkbər Əliyev və başqaları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Elmi Şura cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Bookmark and Share