www.applmath.az

Home az | ru | en

Fakültə əməkdaşlarının Lənkəran Dövlət Universitetinin təşkil etdiyi konfransda iştirakı

26/12/2019

Fakültənin bir qrup əməkdaşı –İqtisadi kibernetika kafedrasının müdiri Fərhad Mirzəyev, Riyazi fizika kafedrasının  dosenti  Saleh  Əhmədov, Tətbiqi riyaziyyat kafedrasının baş müəllimi Abbas Mehdiyev, Tətbiqi analizin  riyazi üsulları kafedrasının  baş müəllimi  Hikmət Tagıyev 24 dekabr 2019-cu il tarixində Lənkəran şəhərində   Lənkəran Dövlət Universitetinin təşkil etdiyi “Müasir təlim texnologiyalarının tətbiq  olunmasının  təhsilin keyfiyyətinə təsiri”  mövzusunda Respublika elmi-praktiki konfransında iştirak etmişlər. Onlar bölmə iclaslarında məruzə ilə çıxış etmişlər. Onların çıxışları çox maraqla qarşılanmışdır. Bölmə sədrlərinin  və təşkilat komitəsinin qərarı ilə çıxış edən Bakı Dövlət Universitetinin əməkdaşlarına təşəkkür elan edilmişdir. Sonra onlar universitetdə tədris prosesində iştirak etmiş, yeni istifadəyə verilmiş tədris korpusu ilə tanış olmuş, tələbə evi kimi tikilib yataqxanaya ehtiyacı olanlara təhvil verilmiş yataqxanada yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

 

Bookmark and Share