www.applmath.az

Home az | ru | en

Fakültə müəllimlərinin Beynəlxalq konfransında iştirakları

02/10/2017

2017 – ci il iyul ayının 12 – 14 – də Azərbaycan Texniki Universitetində İMESET – 17 Beynəlxalq Fənnlərarası, Elm, Mühəndislik və Texnologiya adlı konfrans keçirilmişdir.

Konfransa sədrliyi BDU – nun Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İqtisadi Kibernetika kafedrsasının müdiri, dos. Fərhad Əlif oğlu Mirzəyev etmişdir.

Fakültənin müəllimi dos. Mirvari Ağayeva təşkilat komitəsinin üzvü kimi konfransın baş tutmasında və keçirilməsində çox fəal iştirak etmişdir. Fakültənin müəllimləri dos. Aytəkin Əfəndiyeva, dos. Nazlı Həsənova, dos. Qurban Qasımov, dos. Rafiq Quliyev, dos. Rəfael Həmidov, prof. Valeh Hacıyev konfransın elm komitəsinin tərkibində olmaqla konfransın ərsəyə gəlməsində və məqalələrin seçilib konfransa təqdim olunmasında, konfransın bölmə iclaslarının keçirilməsində fəallıq göstərmişlər.

Konfrans ATU – nun vestibülündə ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymaqla başlamışdır.

Konfransın açılışında ATU – nun rektor əvəzi Xaliq Yahudov, konfransın məsul katibi Şakir Parlakyıldız, konfransın sədri Fərhad Mirzəyev, Pakistan Prezidentinin gənclər iş üzrə köməkçisi Muhammed Rzvan, türkiyəli alim Fatma çıxış etmişlər. Sonra tədbir bölmə iclaslarında davam etmişdir. Konfransın bağlanışı şəhərin mərkəzində “Böyük Manqal” restoranında Qala yeməyi ilə bitmişdir və növbəti konfransın Türkiyənin Bitlis şəhərində 27 – 29 oktyabrda keçirmək qərara alınmışdır.

Bookmark and Share