www.applmath.az

Home az | ru | en

Fakültədə Lütfi Zadənin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər

15/04/2022

12 aprel 2022-ci il tarixində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illiyinə həsr olunmuş olimpiada keçirilmişdir. Olimpiadada fakültəmizin tələbələri və şəhərimizin aparıcı məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər. Bu olmpiadanın qaliblərinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə BDU-nun Tətbiqi Riyaziyyət və Kibernetika fakültəsinin rəhbərliyi, İnformasiya Texnologiyaları və Proqramlaşdırma kafedrasının müdürü Ələkbər Əliyev, İqtisadi Kibernetika kafedrasının müdürü Fərhad Mirzəyev, Lütfi Zadə akademiyasının vitse-prezidenti Fuad Qurbanov, Microsoft firmasının Azərbaycandakı nümayəndəsi Qaçay Mirzəyev və başqaları iştirak etmişdilər. Münsiflər heyətinin rəyinə əsasən qalib elan olunmuşlar:

I yer - İmamverdiyev Yusif (BDU IV kurs)

II yer - Məmmədov İbrahim (Bakı Dəyanət Vəqvi litseyi X sinif)

III yer - Əliyev Məmməd (BDU, Sabah qrupları III kurs)

Qaliblərə Microsoft şirkətinin qiymətli hədiyyələri və BDU-nun rektorunun adından fəxri fərmanlar təqdim edilmişdir.

Bookmark and Share