www.applmath.az

Home az | ru | en

Fakültənin dekanı Mehdiyev Məhəmməd “Nizami Gəncəvi” medalıyla və XARI BÜLBÜL diplomu ilə təltif olundu

20/11/2021

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı akademik Mehdiyev Məhəmməd Fərman oğlu həmişə ehtiyacı olanların, şəhid və qazi ailələrinin yanında olduğu üçün “Qafqaz Media” İctimai Birliyinin Sədri, Prezident Təqaüdçüsü, AYB-nın üzvu, şairə Hacı Azadə - Taleh Abbas Qızı tərəfindən XARI BÜLBÜL diplomu ilə təltif olundu.

Bu il Nizami Gəncəvi ili olduğuna görə “Qafqaz Media” İctimai Birliyi öz adət ənənəsinə sadiq qalaraq öz missiyasını bir daha yerinə yetirdi və Azərbaycanın bir qrup canlı klassiklərinə, ziyalılarına “Nizami Gəncəvi”  medalını təqdim etdi. Bunlardan biri də Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı akademik Mehdiyev Məhəmməd Fərman oğludu. “Nizami Gəncəvi”  medalını Qafqaz Media” İctimai Birliyinin sədr müavini Sahilə Mirzə qızı  təqdim etdi.

Bookmark and Share