www.applmath.az

Home az | ru | en

Fakültənin Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

20/04/2021

20 aprel 2021-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda fakültənin bakalavriat səviyyəsi üzrə IV kurs tələbələrinin və II kurs magistrantlarının elmi-tədqiqat, pedaqoji təcrübələrinin keçirilməsi haqqında məlumat verilmişdir. İclasa sədrlik edən akademik Məhəmməd Mehdiyev təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə magistr pilləsi üzrə keçiriləcək beynəlxalq akkreditasiyanın müddəaları ilə Elmi Şura üzvlərini tanış edib. Elmi Şura üzvləri – akademik Yusif Məmmədov, professorlar Rafiq Tağıyev, Kamil Mənsimov və başqaları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər. Elmi Şura cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Bookmark and Share