www.applmath.az

Home az | ru | en

Fakültənin professoru Yaqub Şərifov beynəlxalq konfransda iştirak edib

18/12/2018

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində riyaziyyatçı alim, akademik L.S.Pontryaqinin anadan olmasının 110 illiyinə həsr olunmuş “Optimal idarəetmə və differensial oyunlar” adlı beynəlxalq elmi konfrans keçirilib. Dünyanın müxtəlif ölkələrindən riyaziyyatçı alimlərin qatıldığı konfrans Rusiya Elmlər Akademiyasının V. A. Steklov adına Riyaziyyat İnstitutunda keçirilib. Konfransda Bakı Dövlət Universitetinin  Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin Tətbiqi analizin riyazi usulları kafedrasınnı professoru Yaqub  Şərifov iştirak edib. “Çoxnöqtəli sərhəd məsələlərində həllin varlığı və yeganəliliyi” mövzusunda məruzə ilə çıxış edən professora təşkilat komitəsi tərəfindən sertifikat təqdim olunub.


 

Bookmark and Share