www.applmath.az

Home az | ru | en

Şəhid olan leytenant Eyyubov Tural Yadulla oğlunun məzarı ziyarət olundu.

06/11/2021

5 noyabr tarixində II Qarabağ müharibəsində şəhid olan leytenant Eyyubov Tural Yadulla oğlunun məzarı, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin dekan müavinləri Fərhad Mirzəyev, Şamo Cəbrayılov və  tutorlar Səbinə Abbasova, Yasəmən Hüseynova tərəfindən ziyarət olundu.

2009-cu ildə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olan Eyyubov Tural 2013-cu ildə universiteti bitirir və həmin ilin oktyabrında hərbi xidmətə yola düşür. Hərbi xidməti zamanı TTM-də motoatıcı taqım komandirliyi kursunu müvəffəqiyyətlə başa vuran Tural leytenant kimi xidmətini davam etdirir.

2020-ci ilin oktyabrinda Vətənin müdafiəsinə qatılan leytenant Eyyubov Tural Yadulla oğlu Füzuli, Xocavənd, Şuşa uğrunda rəşadətlə döyüşərək 25 oktyabda şəhidlik zirvəsinə ucalır. Qəhrəman şəhidimiz ölümündən sonar Azərbaycan Respublikası Prezidentının sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları təltif olunub.

Vətən müharibəsi dövründə torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidlərimizi hər zaman anmaq, onların valideyn və yaxınlarının problemlərini həll etmək, yaralanmış qazilərimizə baş çəkmək, ziyarətlərinə getmək, problemlərini imkan daxilində həll etməyə köməklik göstərmək, qulluqlarında durmaq hər birimizin vətəndaşlıq borcudur.

Heç vaxt şəhidlərimiz unudulmayacaq. “Şəhidlər ölməz, Vətən bölünməz!”  “QARABAĞ AZƏRBAYCANDIR!”  Allah rəhmət eləsin!

Bookmark and Share