www.applmath.az

Home az | ru | en

Şəhid Tural Eyyubovun anım günündən

23/11/2022

20 noyabr 2022-ci il tarixində 2009-2013-cü illər tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompyuter elmləri ixtisasında təhsil almış leytenant  şəhidimiz Tural Yadulla oglu Eyyubovun anım gününə həsr olunmuş tədbir Sabunçu rayonunun Gənclər evində təşkil olunmuşdur.

Tədbirdə şəhid balamızın valideynləri, yaxın qohumları, Turalla döyüş yolu keçmiş  və şəhid olmuş cəbhə dostlarının valideynləri, yaxın məktəb və universitet yoldaşları, orta təhsil aldıgı 240 saylı tam orta məktəbin müəllim və sagird kollektivinin üzvləri, fakültəmizin bir qrup əməkdaşı-Fərhad Mirzəyev, Abas Mehdiyev, Yasəmən Hüseynova, Səbinə Abbasova iştirak etmişlər.

Mərasimdə çıxış edənlər-din xadimləri, şəhidin valideynləri, cəbhə dostunun anası, şəhid Tural Eyyubova həsr olunmuş şeir və mahnıların müəllifləri, oxudugu orta məktəbin müəllim və şagirdləri, ona vaxtilə dərs demiş riyaziyyat müəllimi və  iqtisadi kibernetika kafedrasının müdiri Fərhad Mirzəyev qəhrəman şəhidimizin uşaqlıq illərindən, məktəb və universitet həyatından, əmək fəaliyyətindən və şərəfli , şəhidliyə aparan döyüş yolundan maraqlı xatirələr danışdılar. Şeirlər söylənildi, mahnılar ifa olundu, Tural Eyyubovun şərəfli həyat və döyüş yoluna həsr olunmuş video -çarx nümayiş olundu.

Sonda qəhrəman şəhidimiz Tural Eyyubovın anım günü münasibətilə təşkil olunmuş çay süfrəsi verildi və süfrə ətrafında ona aid xoş hadisələr yada salındı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Qarabag Azərbaycandır.

 

Bookmark and Share