www.applmath.az

Home az | ru | en

Hərbi atteşelər BDU-da olublar

01/11/2019

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinin Bakı Dövlət Universitetinə tanışlıq səfəri baş tutub. Universitetin Beynəlxalq şöbəsinin müdiri Elmira İsmayılova diplomatik korpusların hərbi nümayəndələrinə BDU-nun tarixi, inkişaf mərhələləri haqqında məlumat verib. O, həmçinin BDU-nun üzvü olduğu beynəlxalq təşkilatlar, universitetin qrant layihələri, fakültələr və tədris olunan ixtisaslar barədə də danışıb. Universitet haqqında video-çarx nümayiş etdirildikdən sonra qonaqlar Nanotexnologiyalar Mərkəzi, Hüquq fakültəsinin tədris auditoriyaları və Elmi kitabxana ilə tanış olublar.

Universitetlə tanış olan hərbi atteşelər BDU haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər.

Bookmark and Share