I kurs SABAH magistrantları «SABAH.lab» tədbirində iştirak ediblər.
29/11/2021Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin I kurs SABAH magistrantları «SABAH.lab» tədbirində iştirak ediblər.
27 noyabrda Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin I kurs SABAH magistrantları Təhsil İnstitunun nəzdində yaradılmış «SABAH.lab» ın təqdim etdiyi Sabhibkarlığa giriş, Sabah.lab nədir? mövzularında təqdimatda iştirak ediblər. Təhsil və texnologiya mərkəzində keçirilən tədbir çərçivəsində ideya generasiyası, investisiya imkanları, potensial investorlarla görüş və netvörkinq məsələlərinə diqqət ayrılmışdır. Tədbirdə spikerlər Rəhim Bayramlı və Adil Qasımovun çıxışlar edərək öz təcrübələrini tələbələrlə bölüşüblər. Tədbir sonda sual-cavab ilə başa çatıb.