www.applmath.az

Home az | ru | en

II kurs magistrlərin elmi-tədqiqat təcrübəsinin yekunlarına həsr olunmuş on-line seminar keçirilmişdir

15/03/2021

11.03.2021, saat 1400 tarixində Tətbiqi analizin riyazi üsulları kafedrasında II kurs magistrlərin elmi-tədqiqat təcrübəsinin yekunlarına həsr olunmuş on-line seminar keçirilmişdir. Seminarı giriş sözü ilə kafedra müdiri Laura Fətullayeva açaraq kafedrada iki ixtisas üzrə 5 nəfər II kurs magistrin olduğunu bildirdi. Elmi-tədqiqat işləri barəsində magistrlər Həmidə Vəliyeva, Aytel Xanquliyeva, Davud Orucov, Əzizə Nuriyeva və Əhiyəddin Çobanzadə məlumat verdilər. Onlar dissertasiya işlərinin hazırlanması və orada alınmış nəticələr haqqında Tətbiqi analizin riyazi üsulları kafedra əməkdaşları qarşısında çıxış etdilər. Kafedra əməkdaşlarının elmi işlərlə bağlı verdikləri sualları magistrlər müvafiq surətdə cavablandırdılar. Kafedra əməkdaşları magistrlərə öz tövsiyyələrini verərək, onlara uğurlar arzuladılar. İclasın sonunda II kurs magistrlərin elmi-tədqiqat təcrübəsinin məqbul keçirildiyi qərara alındı.

Bookmark and Share