www.applmath.az

Home az | ru | en

Iqtisadi kibernetika kafedrasının müdiri F.Ə.Mirzəyevin Beynəlxalq Konfransda iştirakı

29/10/2018

İqtisadi kibernetika kafedrasının müdiri , dosent Fərhad Mirzəyev Türkiyə Respublikasında ənənəvi keçirilən və Mərmərə Universitetinin ev sahibliyi etdiyi  19-cu “Ekonometrika , Əməliyyatlar Tədqiqi və Statistika “ adlı  çox mötəbər  konfransda-17-20 oktyabr 2018-ci il tarixlərində iştirak etmək üçün rektorun əmri ilə Antalya şəhərinə ezam olmuşdur.O Beynəlxalq tədbirdə açılış vaxtı xarici qonaqlar adından çıxış etmiş, BDU adından simvolik  hədiyyəni  Konfransın Təşkilat komitəsinin sədri professor İbrahim Doğana təqdim etmiş , konfransın keçirilməsi üçün onlara iştirakçılar adından təşəkkür etmişdir..Sonra bölmə iclasında məruzə ilə çıxış etmiş , konfransın başqa tədbirlərində Azərbaycanda bu elmi istiqamətlərin vəziyyəti barədə , ekonometrika ixtisasının gələcək perspektivi haqqında mütəxəssislərlə fikir mübadiləsi etmişdir

Bookmark and Share