www.applmath.az

Home az | ru | en

“Riyaziyyatın tətbiqi problemləri” Respublika Elmi Konfransı keçirilib

14/05/2014

14 may 2014-cü il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Azərbaycanın ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” Respublika Elmi Konfransı keçirilmişdi. Konfransı giriş sözu ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, prof. Aydın Kazımzadə qeyd etdi ki, Respublikamızda ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr edilmiş çoxlu sayda tədbirlər keçirilmiş və bu tədbirlər hal-hazırda da davam etməkdədir. O, Heydər Əliyevin Respublikamızda həyata keçirdiyi nəhəng işlər haqqında geniş məlumat verərək, onun xalqımız qaraşısında müstəsna xidməti olduğunu qeyd etdi.

Prof. A.Kazımzadə eyni zamanda dünya elminin görkəmli nümayəndələri haqqında məlumat verərək, onların elmi inkişafına necə təkan verdiklərini konfrans iştirakçılarının diqqətinə çatdırı. O, Bakı Dövlət Universitetində və o cümlədən Tətbiqi riyaziyyat və kibernetika fakültəsində aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verərək, gənc tədqiqatçılara bu istiqamətdə uğurlar arzulaıb kanfransı açıq elan etdi.

Konfransın plenar iclasında üç məruzə dinlənildikdən sonra, konfrans öz işini bölmələrdə davam etdirdi. Dörd bölmədə 48 məruzə edildi.

Konfrans öz işini həmin gün, saat 1700-da yekunlaşdırdı.

Bookmark and Share