www.applmath.az

Home az | ru | en

İKT vasitələrinin tətbiqi üzrə ən müasir platformaların, saytların və portalların haqqında məlumat verilmişdir

28/10/2021

20.10.2021 tarixdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetka fakultəsinin “İnformatika“ kafedrasının professoru Alışov Mönsüm Ədil oğlunun “Təhsildə İKT-nin tətbiqi” mövzusunda təqdimatı olmuşdur.

Təqdimatda tədris sisteminə sahələr üzrə İKT vasitələrinin tətbiqi üzrə ən müasir platformaların, saytların və portalların haqqında məlumat verilmişdir.

AR-Artırılmış reallıq, VR-Virtual reallıq, Google Cardboard, Microsoft Hololens, Elektron Kitab Platformları, Amazon, Khan Academy,  Fizika, Kimya, Coğrafiya, inkişaf etmiş 3D anatomiya platforması, Təhsilin idarə olunması sistemləri, Google Classrooms, Accessibility əlillər üçün adaptasiya proqram təminatı proqramlarında nümünə dəslərinin təqdimatları nümayiş etdirilmişdir. Müəllif həmçinin təhsildə İKT mövzusunda apardığı tədqiqatlardan və özünün yaratdığı “Bakuonline.idrakliseyi.com” onlayn təhsil platforması və “İdrak medya dərsləri” adlandırdığı təhsildə İKT platforması haqqında da məlumat vermişdir.

Müxtəlif elektron lövhələr və onların proqramları barədə tədris platformaları olan “crocodile riyaziyyat“, “crocodile kimya“ , “crocodile fizika“, “Үenka“ tədris üçün nəzərdə tutulmuş elektron loborotoriyalarda dərs nümunələri və animasiyalı tədrisə aid nümunələr təqdimatda yer almışdır. Eyni zamanda interaktiv resurslar

https://history view.org/ - Dünya muzeylərə, incəsənət sərgilərinə, milli parklara və tarixi yerlərə virtual səyahət.
https://geacron.com/home-en/ - İnteraktiv dünya tarixi atlası
https://naturalhistory.si.edu/ - Milli təbiət tarixi muzeyi

Sonda müəllif təqdimatda iştirak edən əməkdaşların suallarını cavablandırmışdır.


Bookmark and Share