www.applmath.az

Home az | ru | en

Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

06/02/2021

Fevral ayının 4-də, BDU-da dahi alim ,həmyerlimiz, ABŞ-da yaşamış mərhum professor Lütfi Zadənin anadan olmasının 100  illik yubileyinə həsr olunmuş regional konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru Elçin Babayev açmışdır. Daha sonra Lütfi Zadənin xalası qızı Cənnət Səlimova universitetin rektoruna və konfrans iştirakçılarına Lütfi Zadənin xatirəsini əziz tutduqları üçün öz təşəkkürünü bildirmişdir. Kinorejisyor Oqtay Babazadə L. Zadəyə həsr etdiyi sənədli filmin yaradılması və onunla olan unudulmaz görüşlər haqqında məlumat vermişdir. Konfransın sonrakı hissəsində Azərbaycandan və Türkiyədən olan bir sıra alim və mütəxəssislər Lütfi Zadənin yaratdığı elmi istiqamətlər, onunla olan görüşlər, Lütfi Zadə elminin  mahiyyəti, fəlsəfəsi ,tətbiqləri və bu istiqamətlərdə alınmış bir sıra yeni elmi nəticələr haqqında danışmış və dahi alimin yaradıcılığına yüksək qiymət vermışlər. Konfransın sonunda universitetin rektoru konfrans iştirakçılarına öz təşəkkürünü bildirmişdir.

Bookmark and Share