www.applmath.az

Home az | ru | en

“Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasınin elmi seminarı keçirilmişdir.

27/10/2022

25 oktyabr 2022 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasınin elmi seminarı keçirilmişdir. Seminarda kafedranın professoru, fizika-riyaziyyat elmləri doktoru Fəda Rəhimov “Avtoreqression proseslərlə təsvir olunan Markov təsadüfi dolaşmalar üçün sərhəd məsələlərinin tədqiqi” mövzusunda  məruzə ilə çıxış etmişdir.

Elmi seminarda  bir tərtibli və sabit əmsallı avtoreqression proseslərlə təsvir olunan Markov təsadüfi dolaşmalar üçün limit teoremlərinə baxılmışdır. Alınmış nəticələrin sərhəd məsələləri nəzəriyyəsinə mümkün tətbiq yolları araşdırıldı.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share