www.applmath.az

Home az | ru | en

“Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasınin elmi seminarı keçirilmişdir.

28/11/2022

25 noyabr 2022 ci  il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasınin elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qurban Qasımov “Kəsilməz Markov proseslərinə aid Kolmoqorov tənliklərinin Maple proqram paketində araşdırılması” mövzusunda  məruzə ilə çıxış etmişdir.

Elmi seminarda  diffuziya tipli Markov proseslərinə aid şərti keçid ehtimal sıxlığı üçün Fokker-Plank-Kolmoqorov tənlikləri Maple proqram mühitində araşdırılmasına baxılmışdır. Bu tənliklərə daxil olan, təsadüfi prosesin ordinatının və onun dispersiyasının dəyişmə sürətlərini xarakterizə edən funksiyaların müxtəlif şəkillərinə (xətti, kvadratik və s.) uyğun hallar öyrənilib. Birbaşa Furye, Mellini inteqral çevirmələrinin tətbiqi üsulunu, xarakteristik funksiyaya keçid üsulunu və dəyişənlərin əvəzolunma üsulunu tətbiq etməklə, Fokker-Plank-Kolmoqorov tənliklərinın həllinin analitik ifadələri, 2d, 3d və animate-qrafikləri qurulub. Alınan nəticələrin ehtimal təhlilləri aparılıb. Prosesin normallığı məsələsi üçün həllin koreliasiyası araşdırılıb. Bəzi xüsusi funsiyalardan  (Kummer, Bessel funksiyaları kimi) istifadə edərək, prosesin gamma və beta paylanmalarla əlaqəsi əsaslandırılıb. Fokker-Plank-Kolmoqorov tənliklərinin çoxtərəfli araşdırılması üçün Maple proqram  hazırlanmışdır. Proqram paketlərində bu tip məsələlərin araşdırılması çoxsaylı problemləri də ortaya çıxarır və onların həll olunmasında ümumi alqoritm vermiş olur.

Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Bookmark and Share